İran

Zənganda internet problemi həllini tapmayib

Zəngan əyalətində mubayl telefonların internetə qoşula bilməməsi, anten dalğasının zəif olması, evlərə sabit telefonların çəkilməməsi kimi çatışmazlıqlar həll olmayıb. Bildirək ki, İrtibatat və İttilaat Teknolojisi Vəziri Məhəmməd Cavad Azəri Cəhrumi şəhrivər ayının 16-da Zəngana səfər edib. Vəzir səfəri zamanı Zənganın Gülşəhr, Sədra kimi şəhərciklərinə sabit ev telefonun çəkilməsi ilə bağlı danışıb. Bildirib ki, bu ilin bəhmən ayının 22-ə kimi bu müşkül həll olunacaq. Mehr ayının ortalarında isə Müxabirat İşləri başçısı Zənganın Umud məhəlləsinə sabit telefonun çəkiləcəyini açıqlayıb. Bu kimi açıqlamalara baxmayaraq şagirdlərin internet müşkülü hələ də davam edir. Zənganın Yamçı kəndinin sakinləri bu durumla bağlı Müxabirat şirkətinə şikayətlərini bildiriblər. Şirkət məsələnin araşadırıldığını və tezliklə həll ediləcəyini qeyd edib. Zənganın Mərkəzi Bəxşinin bəxşdarı Ka:və Həqiqi də məsələyə münasibət bildirib. Onun sözlərinə görə, Zənganın Mərkəzi Bəxşinin bir sıra kəndlərinin sürətli interneti yoxdur. Anten dalğasının zəif olması internetdən istifadəyə maneə olur. Əyalətin Müxabirat İdarəsinin bərnaməsində bütün kəndlərin 1398-ci ilin sonuna kimi G2 interneti ilə təmin olunması nəzərdə tutulub. Amma bu baş tutmayıb. Həqiqi bildirib ki, nüfuzu 20 ailədən çox olan kəndlər ilin sonuna kimi internetlə təmin olunacaq. Buna görə yeni dəkəllər quraşdırılır.

Related Articles

Bir cavab yazın

Back to top button