İran

Zənganda yük maşını sürücüləri yanacaq və yədək parçaların bahalığına etiraz edirlər

Güney Azərbaycanın Zəngan əyalətinin Qeydar şəhərində yanacaq və yədək parçaların baha olmasına, səlahiyyətli qurumların bu məsələyə laqeyd yanaşmasına və ayrı-seçkilik əsasında qəbul edilmiş qanunlara qarşı etiraz ediblər.

Son illər İranda təvərrum həddinin kəskin yüksəlməsi və nəticədə qiymətlərin dəfələrlə artması Güney azərbaycanlı sürücülərin xərclərini artırıb.

Qiymətlərin bahalaşmasından başqa, bütün alanlarda çalışan sürücülərin sözlərinə görə, bəlli edilmiş sabit qiymətlər onların öz maşınlarının xərclərini belə ödəməyə imkan vermir.

Bildirək ki, son günlər İranın bir çox bölgələrində nəft-qaz sənayesində işləyən fəhlələr toplu etiraz və etisablar keçirirlər. Artıq onlara yük maşınları sürücüləri də qoşulub.

Related Articles

Bir cavab yazın

Back to top button