İran

“Vaksin vurmaq üçün” İrandan Ermənistana getmək istəyənlərin sayı artıb

Müsafir Daşıma Şirkətləri Birliyinin başqanı İran-Ermənistan sınırındakı Culfa şəhərinə otobus biletlərinə istəyin və ya birbaşa otobus kirayələrinin artdığını bildirib.

Əhmədrza Ameri tir ayının 12-də habelə İLNA-ya açıqlamasında deyib ki, bu axın Ermənistanın xarici turistləri pulsuz vaksinasyon edəcəyini bildirməsindən sonra artıb.

Amerinin sözlərinə görə, bu otobusların gediş məqsədi Culfada Ermənistanla sınırda “Norduz” şəhəridir və Tehrandan gedən hər otobusda gediş qiyməti 8-10 milyon tümən arasındadır.

Bildirək ki, Ermənistanın xarici turistlərə pulsuz vaksin vuracağını elan etməsindən xəbər tutan iranlılar ölkədə vaksinasyonun çox zəif aparılmasına görə turist kimi Ermənistana səfər edərək bu ölkədə pulsuz vaksin vurdururlar.

Halbuki, bir neçə gün öncə “Sepah”ın baş fərmandehi Hüseyn Səlami Amerikaya pulsuz vaksin göndərməyə hazır olduqlarını iddia edib.

Burada maraqlı sual ortaya çıxır ki, ölkədə olduqca zəif vaksinvurma prosesi və vaksinin birinci növbədə sadə vətəndaşa yox, dövlət işçilərinə vurulması ucbatından hər gün yüzlərlə vətəndaşını itirən İran hökuməti necə Amerikaya pulsuz vaksin göndərə bilər?!

Related Articles

Bir cavab yazın

Back to top button