İran

Zənganin 350 hektar ərazisində yanğın baş verib

Zənganın Yaşam-çevrəsi Mühafizə İdarəsinin fərmandehi İsmail Qulizadə Zənganın Qara peştovlu bəxşində yanğın baş verdiyini bildirib. Məlumata görə, son günlərdə bir neçə dəfə yanğın hadisəsi qeydə alınıb. Şəhrivərin 19-u Gülcin kəndi ətrafındakı olayda 300 hektar meşə və otlaq sahəsi yanaraq məhv olub. Bundan başqa, şəhrivərin 20-də baş verən hadisədə Vənnə kəndinin yaxınlığında 50 hektar otlaq ərazi məhv olub.
İsmail Qulizadənin sözlərinə görə, bu ərazilər pələng və ayının yaşadığı bölgələrdir. Bu olaylar onlar üçün ciddi təhlükədir.
Şəhrivərin 22-də Maynişan-Zəngan arasında baş verən yanğın xoşbəxtlikdən yerli sakin və yanğınsöndürən qüvvələr tərəfindən tez bir zamanda söndürülüb.

Related Articles

Bir cavab yazın

Back to top button