İran

Zənqan Bütöv Azərbaycanı düşünür

Zənqan əyalətinin milli fəalları, şəhər meydanlarında, özəlliklə “Səbzə Meydan” və “Azadlıq Meydanı” nında, plakartlar açaraq böyük və gəlişmiş bir Azərbaycan qurmağa hazır olduqlarını, elan ediblər. Zənqan şəhərində yaşayan Azərbaycan Milli Hərəkatının fəalları, Təbrizin mərkəzində vahid bir Azərbaycanı qurmaq üçün bu şəhərin fəalları ilə həmrəy olduqlarını və dəstəklərini ifadə ediblər. Bu şüarı yazmaqla Azərbaycanın başqa şəhərləri kimi, Zənqan milli fəalları da, ana dilində təhsil almağa, öz dilini və kimliyini qoruyub saxlamağa özəl önəm verdilər və bu baxımdan Təbriz şəhərinin milli fəalları ilə birləşdilər.

ZƏNQANLIYAM ATMARAM TÜRK DİLİMİ, SATMARAM ÖZ DİLİMİ

ZƏNQANDAN TƏBRİZ SALAMDIR

AZƏRBAYCANIN QIZIL YURDU ZANQANDAN TƏBRİZ SALAM OLSUN

AZƏRBAYCANI QORUMAĞA, YANINDAYIQ TƏBRİZ,

Kimi şuarları plakartlar üzərində yazaraq nümayış etdiriblər.

Related Articles

Bir cavab yazın

Back to top button