
Azərbaycan cumhurisinin Difa vəziri Jeneral Zakir Həsənov Avropa Birliyinin Güney Qafqazda özəl nümayəndəsi Toivo Klaarla görüşüb. Vəzir Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan torpaqlarında qanunsuz erməni silahlı dəstələri tərəfindən törədilən təxribatların qarşısının alındığı və bundan sonra da baş verə biləcək bu kimi olaylara qarşı uyğun tədbirlərin görüləcəyini xüsusi vurğulayıb.
Toivo Klaar bölgədə sülhün təmin olunmasında Avropa Birliyinin gərəkən dəstəyi göstərməyə hazır olduğunu deyib.