Dövlət başçısı qeyd edib ki, Ukrayna ərazisinə yeni hücumda olan Rusiya hərbi qüvvələri artıq əvvəlki qədər güclü olmadıqları üçün irəliləyə bilmirlər.
Eyni zamanda, Ukrayna Silahlı Qüvvələri Rusiya qoşunlardan qat-qat güclüdür.
“Əlbəttə ki, onlar daha irəli gedə bilməzlər, əvvəlki kimi güclü deyillər. İndi biz onlardan qat-qat güclüyük”, – dövlət başçısı deyib.
Eyni zamanda, Zelenski vurğulayıb ki, indi Rusiya Federasiyasının yeni və ya köhnə hücumunun olmasının heç bir əhəmiyyəti yoxdur, çünki artıq kompromislər yoxdur.
“Ötən il fevralın 24-də baş verənlərdən sonra artıq güzəştlər yoxdur. Beynəlxalq hüquq, insani ola biləcək hər şey pozulub.B iz onlardan qorxmuruq. Heç kim onlardan qorxmur, amma hər şey onların planlarına uyğun getmir”, – Zelenski əlavə edib. (report)