Dünya

Zelenski narazılıq etdi: Ərdoğan bunu bacarmadı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna ilə Rusiya arasında əsir mübadiləsi məsələsində heç bir nəticə əldə etməyib.

Anewstv “RBC-Ukrayna”ya istinadla xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Zelenskinin sözlərinə görə, əsirlərin mübadiləsi kifayət qədər mürəkkəb məsələdir, xüsusən də bu, Krımdakı məhbuslara aiddir. Bununla belə, o, Ərdoğanın bu məsələdə kömək edəcəyinə söz verdiyini xatırladıb:

“Krımlılara gəlincə, mürəkkəb tarixçədir. Beynəlxalq təşkilatlara təşəkkür ediləcək bir şey yoxdur, heç nə edə bilmədilər. Mən Ərdoğanla bu məsələdə çox işləmişəm. Hörmətli Prezident Ərdoğan indiyədək Krım ərazisində olan məhbuslarla bağlı nəticə əldə edə bilməyib”.

Related Articles

Bir cavab yazın

Back to top button