İran

Naməlum qırıcılar İran səmasına daxil olub bir neçə tunel və raket platformasını dağıdıb

Yanvarın 16-sı səhər saatlarında İran ərazisinə naməlum və radardan yanınan qırıcıların daxil olması ilə bağlı məlumatlar əldə edilib.

Yanvarın 16-sı səhər saatlarında İran ərazisinə naməlum və radardan yanınan qırıcıların daxil olması ilə bağlı məlumatlar əldə edilib.

“Aznews tv” xəbər verir ki, gizli şəkildə İran səmasına daxil olmağı bacaran qırıcılar üçüncü Babacani bölgəsində SEPAH-a məxsus tunelləri, eləcə də Kermanşah və Həmədan vilayətlərində bir neçə raket buraxılış platformasını məhv edərək daha sonra İran ərazisini tərk ediblər.

Qırıcılar İran səmasından xaric olduqdan sonra ölkənin hava hücumundan müdafiə sistemləri işə düşüb və nizamsız bir şəkildə havaya atəş açmağa başlayıb və heç bir hədəfi vura bilməyib.

Hadisə nəticəsində ölkənin qərbində bir neçə saat sərnişin uçuşlarının da təxirə salındığı bildirilib.

Hadisə ilə bağlı SEPAH-ın komandanlığından heç bir açıqlama verilməyib. Hətta SEPAH-a bağlı bəzi xəbər kanalları da dağıdılan platforma və tunellərin guya hərbi təlimlər zamanı dağıdılması kimi təqdim etməyə cəhd ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button