Dünya

Zindəşti qruplaşmasının törətdiyi cinayətlər

Xəbər verdiyimiz kimi, Türkiyə polisi İranın ittilat servisi ilə işbirlik edən cinayətkar qrupun 13 üzvünü tutuqlayıb.
“Anadolu” ajansı bildirir ki, İranın İttilaat Vəzirliyi bu cinayətkar qrupdan 2015-ci ildən bəri Türkiyədəki müxaliflərinə qarşı istifadə edib. İngilistanın “Sky News” televiziyonunda yayımlanan videolara gərə, sözügedən qrup əhvazlı ərəb fəalı Həbib Əsyuvədi qaçırıb və İran məqamlarına təhvil verib. 2018-ci ildə isə qrupun bir sıra üzvləri və lideri Naci Şərifi Zindəşti “Cem” telekanalının müdiri Səid Kərimianın qətlində əli olub. Daha bir neçə qətldə ittiham edilən Zindəşti Türkiyədə həbs olunub. Ancaq bir müddət sonra azadlığa buraxılıb.
Zindəştinin Hüseyn Kərimi Rikabadinin köməyi ilə qazi Mənsurinin qətlində iştirak etməsi barədə də dəlillər var. Məlumata görə, Romanidə tanınmış beynəlmiləl qanqster Rikabadi onun yaxın qohumudur. 2014-cü ildə Zindəşti Avropa tarixində ən böyük heroin yükünün ələ keçirilməsindən sonra Yunanda axtarışa verilib. Bu iki tonluq yükün tutulmasının ardından müxtəlif ölkələrdə bir sıra qətllər baş verib. Türkiyə, Yunan eləcə də başqa ölkələrdəki çeşidli mətbuat qurumları ən azı 10 qətllə bağlı Zindəştini günahlandırıblar. Yayılan sənədlərə görə, son altı ildə üç qarrədə ən azı 17 nəfər öldürülüb. Zindəşti ömrünün son 26 ilində uyuşdurucu qaçaqçılığı və intiqam hədəfli qətllərdə ittiham olunaraq ən az üç dəfə tutuqlanıb. Ancaq qısa müddətdən sonra həbsdən azad edilib.

Related Articles

Bir cavab yazın

Back to top button