
Əhərin Dik Məscid qəbiristanlığında yenidənqurma işləri aparılacaq. Bu barədə Şərqi Azərbaycanın Fərhəngi Miras Baş İdarəsinin Bastanşünaslıq İşləri üzrə məsulu Hüseyn İsmayılı Ətiq məlumat verib. Ordibehiştin 2-də ərazinin sahmana salınması ilə bağlı tərhin icrasına icazə qərarı verilib. Qazma işləri zamanı ərazidə boşluğun yarandığına diqqət çəkən Hüseyn İsmayılı Ətiq torpaq qatının bərkidilməsi üçün lazımi tədbirlərin görüləcəyini vurğulayıb.