Azərbaycan

Döyüşlərdə ordumuzun üstünlüyü davam edir

Döyüşlərdə ordumuzun üstünlüyü davam edir

Oktobrun 8-i günün ikinci yarısından başlayaraq 9-u səhərədək və gecə ərzində bütün cəbhə boyu gərgin döyüşlər davam edib. Bu barədə Azərbaycan Difa Vəzirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri önəmli yönlərdə düşmənə atəş zərbələri endirib. Habelə düşmənin hərəkət fəaliyyəti tam məhdudlaşdırıb və aktivliyinin qarşısı qətiyyətlə alınıb. Görülən tədbirlər nəticəsində düşmən qoşunları arasında idarəetmə və qarşılıqlı əlaqə itib. Ermənistan bölmələri arasında nizamsızlıq yaranıb, döyüşçülərin intizamı pozulub, döyüş mövqelərinin kütləvi halda tərk ediblər. Azərbaycan Ordusunun Xankəndi şəhərini vurmasından Ermənistan silahlı qüvvələri ağır itkilərə məruz qalıb. Bununla da düşmənin burada yerləşən nizami hissələrinin savaşçıları bölgəni boşaldıb. Xankəndidə yerləşən nizami hissələrdən birinin sığınacağına endirilən topxana atəşi nəticəsində çox sayda nizami qulluqçu məhv edilib və yaralanıb.
Dünən gün ərzində və ötən gecə ümumilikdə düşmənin 13 dəsqah T-72 tankı, 2 dəsqah PDM-i, 4 dəsqah BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 2 dəsqah 2S3 “Akasiya” özüyeriyən topxana qurğusu, 3 dəsqah D-30 haubitsa topu, 2 dəsqah radar sistemi və çox sayda avtomobil teknikası dəqiq atəşlə məhv edilib və sıradan çıxarılıb.
Eyni zamanda, Ermənistan silahlı qüvvələrinin 49-cu tank hənginə məxsus 6 dəsqah T-72 tankı tam işlək vəziyyətdə ələ keçirilib.

Related Articles

Bir cavab yazın

Back to top button