İran

İranda mollanın əmmaməsini ayaqlayan qadın polis tərəfindən tutuldu

İranda bir neçə gün öncə Qum şəhərində iki molla yolda gedərkən onlardan biri əlindəki əsa ilə yoldan keçən qadına vuraraq deyir: "Hicaba riayət et!".

İranda bir neçə gün öncə Qum şəhərində iki molla yolda gedərkən onlardan biri əlindəki əsa ilə yoldan keçən qadına vuraraq deyir: “Hicaba riayət et!”.

Ötən gün sosial mediada yayılan bu görüntüdə mollanın ona əsa ilə vurmasından qəzəblənən xanımın mollanın başından əmmaməsini yerə salaraq ayaqlaması görünür.

Videoda eyni zamanda görünür ki, əvvəlcə molla xanımın başına əsa ilə vurur, buna cavab olaraq xanım onun yerə düşmüş əmmaməsini tapdalayır.

“Aznews tv”ın xəbərinə görə, “HawzahNews” saytı bu haqda xəbər yayaraq bildirib ki, sözügedən xanım hazırda İran polisi tərəfindən tutulub.

Qeyd edək ki, özəlliklə son illərdə İran xalqı mollaların onların həyatına hədsiz və yersiz müdaxilələrindən bezib. Dünyanın hər yerində olduğu kimi, İranda da əhalinin azad və haqları tapdalanmadan yaşama hüququ var. Lakin bu haqlar artıq inqilabdan bəri ötən 43 ildə rejim tərəfindən kobud şəkildə pozulmaqdadır.

Related Articles

Bir cavab yazın

Back to top button