Dünya

Finlandiyada parlament seçkilərində müxalifət qalib gəlib

Finlandiyada keçirilən parlament seçkilərində müxalifətdə olan Koalisiya Partiyası qalib gəlib.

Bu barədə ölkənin Ədliyyə Nazirliyinin məlumatında deyilir.

Qeyd olunub ki, səslərin 99,6%-nin hesablanmasından sonra Petteri Orponun rəhbərlik etdiyi müxalif Koalisiya Partiyası 20,8% səslə liderdir.

Müxalif “Əsl Finlər” 20%, hakim Sosial Demokrat Partiyası 19,9%, “Mərkəzçilər” 11,3% səs toplayıb.

Orpo artıq qələbəni və hökumət koalisiyasının yaradılması üçün digər partiyalarla danışıqlara başladığını elan edib.

Seçkilərdə məğlub olduğunu etiraf edən Sanna Marin deyib: “Demokratiya öz sözünü dedi”.

Seçkilərin rəsmi nəticələri aprelin 5-də təsdiqlənəcək.

Related Articles

Bir cavab yazın

Back to top button