Azərbaycanİran

Qərbi Azərbaycanda yeraltı suların səviyyəsi azalıb

Qərbi Azərbaycan Regional Su Şirkətinin baş direktoru Rostaqari iqlim dəyişikliyi və davam edən quraqlıq probleminə toxunaraq, əyalətdə su anbarlarının həcminin azalması ilə bağlı xəbərdarlıq edib.

Rostaqari vilayətin su hövzələrində axar və yerüstü su ehtiyatlarının azaldığını elan edib. Yüksək dağlıq ərazilərdə əmələ gələn və bütün əyalətdə düzənliklərə daxil olan axar su keçən illə müqayisədə 27% azalıb.

Həmçinin vilayətin allüvial sulu təbəqələrində yeraltı suların orta səviyyəsinin 0,43 metr azaldığı bildirilib:

“Bu il vilayətin allüvial sulu təbəqələrinin həcmi 116,4 milyon kubmetr azalıb. İqlim dəyişikliyinə və quraqlığa görə içməli, sənaye və kənd təsərrüfatı üçün lazım olan su təchizatı ciddi problemlə üzləşib”.

Related Articles

Bir cavab yazın

Back to top button