Azərbaycanİran

Qəzvində quraqlıq minlərlə hektar bağı məhv edib

Qəzvin əyalətinin Takistan mahalında 6 min hektar bağ sahəsi quraqlıq və su çatışmazlığı nəticəsində məhv olub. Bu barədə Takistanın İran parlamentindəki nümayəndəsi Rəcəb Rəhmani məlumat verib:

“Bölgə əhalisinin 25 faizinin məşğulluğu bağçılıqdır. Susuzluq səbəbindən bağların məhv olması vətəndaşların məişət və məşğulluq problemlərinin daha da dərinləşməsinə səbəb olacaq”.

Millət vəkilinin sözlərinə görə, İranın üzüm bağlarının əksəriyyətinin yerləşdiyi Qəzvin əyaləti, xüsusilə Takistan bölgəsinin kənd təsərrüfatı sahəsində susuzluq probleminin həlli üçün su kəmərinin çəkilməsi təklifinə əhəmiyyət verilməyib.

Related Articles

Bir cavab yazın

Back to top button