az

Əfğanistan-da baş verən dəhşətin kökləri harda?

Bir sürü cəvabsız sual insanların zehnini özünə məşğul etməyə başladı. Bu patlamalardan kim xeyirli çıxabilər? sualına cəvab axtarırkən İran adı da ortaya gəldi

Əfğanistan-ın muasir tarixinə baxınca bu ölkədən heç savaş və dəhşət uzaq olmayıb. Uzun illərcə sürən savaşlar milyonlarca insanın evindən yurdundan avarə olmasına səbəb olubdur. Dünyanın dörd bir yanında milyonlarca Əfğanistanlı bir muhacir kimi yaşayır. Radikal örgütlərin rəqabət və hesablaşma meydanına dönüşən Əfğanistan geçdiyimiz həftələrdə daha da qəribə bir şeylər yaşadı. Üzdə və minimum da olsa sağlanan bir demokrasi və cumhuriyyət rejiminə qarşı radikal Taliban örgütü təkrardan hərəkətə geçdi. Hardasa heç bir yerdə doğru düzgün bir dirənişi olmayan Əfğanistan qıssa zaman içində Taliban quvvələrinin əlinə geçdi. Bu olayı təkcə Taliban-ın başarısı yox ki bir dünya iradəsi sonucunda meydana gəldiyi də acı bir gerçəkdi. Əfğanistan-ın başkəndi Kabul heç bir ciddi dirəniş olmadan Talibanın əlinə geçdi. Taliban bir daha ölkənin adını dəyişdiyib, Əfğanistan-ın İslami Əmirliyinə dönüşdürdü. Hələ siyasi rejimin nə olacağı açıqlanmamış ancaq təxmin etməsi çətin dəyir ki Taliban demokrasi və İnsan haqları diyə bir şeyə izin verməyəcək. Çünkü əsasında radikal İslamcı hərəkətlərin demokrasi və millət iradəsinə izin verməsi də imkansızdır. Taliban da bir çox radikal İslamcı örgüt və sistem kimi hökümət Allah-a və onlara görə Allahın doğru nümayəndəsi olan din adamlarına məxsusdur. Buna görə də millətin iradəsi və istəyindən danışmaq olmaz.  Taliban-ın sürətlə Əfğanistan-ı almasının ən önəmli səbəblərindən biri qan tökülməsinin qabağını almaq diyilirdi. Ancaq təxmin edildiyi kimi ölkə bir daha qana boğuldu. Dünən Kabul Havalimanında minlərcə insanın ölkədən qaçmayı gözlədiyi ortamda peş peşə patlamalar meydana gəldi. 70 nəfərdən çox sivil insan həyatını itirdi və 13 Amerikan Əsgəri öldü. Saldırıyı DAEŞ-in Xorasan qolu qəbullandı. Bu durum məsələnin daha da qarışıq olduğuna səbəb oldu. Bir sürü cəvabsız sual insanların zehnini özünə məşğul etməyə başladı. Bu patlamalardan kim xeyirli çıxabilər? sualına cəvab axtarırkən İran adı da ortaya gəldi. İran İslam Cumhuriyyəti illərdir Taliban üyələrinə ev sahibliyi edir. Tehran və Məşhəd kimi şəhərlərdə Taliban-ın üst rütbəli insanlarının imkan və evlərinin olduğu da açıq bir gərçəkdir. Taliban sürətlə ölkəyi sarmaya başladığı zaman Tehran hakimiyyəti Taliban-a dəstək verməyə başladı. İran-da Taliban-a qarşı mənfi bir söz yazmaq yasaqlandı və Taliban-ı təmizə çıxarma çabaları başladı. İran bir tərəfdən Talibanla müzakərələr aparırkən bir tərəfdən də Kabul hakimiyyətiylə qonşuluq huququndan dəm vururdu.  Ancaq işin ayrı boyutları da gözlənildiyi kimi meydana gəldi. Belə ki minlərcə Əfğanistanlı ölkədən qaçmaya çalışır. Bu insanların kimisi hava limanından Qərb ölkələrinin uçaqlarına minməyə çalışırkən, kimisi də İran-a oradan da Türkiyəyə getməyə çalışır. Özəlliklə İran-dakı iqtisadi durumun ağırlaşması üçün Əfğanistanlılar İran-da qalmaq istəmirlər. Buna görə də  hamısı Türkiyə-yə getməyə çalışırlar. Tehran hakimiyyəti də bu məsələdən faydalanıb Əfğanistan-da əlini gücləndirməyə çalışır. Habelə Əfğanistan-da uzun vədəli istiqrarsızlıq və güvənsizlik İran-ın da işinə yarayabilər. Belə ki İran Suriyə qonusunda elədiyi kimi insanları Əfğanistan-dan qorxudub İran-da olan duruma razı eləməyə çalışır. Əli Xamneyi-nin Xarici İşlər danışmanı Əli Əkbər Vilayəti-nın Əfğanistan haqqında “Muqavimət Mehvəri” sözü dediyi də çox anlamlıdır. Çünkü bu durumda İran-ın Taliban ilə uzun zamanlı bir anlaşma içində olmadığını düşünmək də olmur

Related Articles

Bir cavab yazın

Back to top button