İran

Ələhvazda susuzluğa qarşı dördüncü etirazlar: Əmniyət qüvvələri Susəngerd sakinlərinə gözyaşardıcı qaz və güllə atıb

Ələhvaz əhalisinin susuzluğa qarşı etirazlarının dördüncü gecəsində, özəl polis və Bəsic qüvvələrinin aldığı güclü əmniyət tədbirlərinə və etirazçılara qarşı ağır güllə və gözyaşardıcı qaz atmasına baxmayaraq, Susəngerd, Şuş, Həmidiye və əl-Baci şəhərində insanlar küçə etirazlarını davam etdiriblər.

Ələhvazda şənbə günü gecə su qıtlığına qarşı etirazlara şahid olan Mahşəhr, Şuştər, Abadan, Şadeqan və Lali ilə birlikdə bir çox şəhərlərdə əmniyət qüvvələri gün boyu və bazar axşamı etirazların qarşısını almaq üçün genişmiqyaslı həbslər edib və adıçəkilən şəhərlərdə etirazlara qarşı sərt addımlar atıb.

İndiyədək müstəqil mənbələr Əli Məzrəə, Mustafa Nəimavi və Qasem Xeziri adlı iki gənc etirazçının susuzluğa qarşı mitinqlər zamanı İranın əmniyət qüvvələri tərəfindən öldürüldüyünü təsdiq ediblər.

Ələhvaz şəhərlərində keçirilən etirazların dördüncü gecəsində Susəngerd əhalisi bazar günü axşam da su çatışmazlığına etiraz olaraq küçələrə axışıblar.

Bəsic və özəl qüvvələr və eləcə də polis bölmələri etirazçılara atəş açaraq onlara şiddətli hücumlar edib.

Related Articles

Bir cavab yazın

Back to top button