İran

ƏlƏhvazın ərəb millətinin qanlı qiyamına Güney Azərbaycanın partiya və təşkilatlarının dəstəyi bəyaniyyə

Ələhvazın azadlıqsevər və mübarız xalqı, Güney Azərbaycandakı mübarizlər yaxşı bilir ki, sizin davamlı mübarizələriniz İrandakı faşist və irqçi rejimin əsaslarını sarsıtdı. Biz Əl-Əhvazın ərəb xalqının qürurlu qiyamını, Ələhvaza qarşı yürüdülən 100 illik etnikləri dəyişdirmə siyasəti, o cümlədən, yaşam çeverəsinin dağıdılması və bu ustanın su qaynaqlarını İsfahan və Yəzd kimi fars ustanlarına köçürmə və məcburi köçürmə siyasətinə qarşı böyük bir etiraz kimi dəyərləndiririk.
Biz Güney Azərbaycanın Türk milləti, illərdir bu işğalçı, zorakı və irqçi siyasətlərin ölkəmizdə həyata keçirilməsinin şahidi olmuşuq və bu qeyri-insani siyasətlərə qarşı Ələhvazın ərəb milləti ilə bir yerdə durmuşuq. Ələhvazın ərəb xalqına dəstəyimizlə yanaşı uluslararası qurumlardan və oyaq vicdanlardan tarixin bu həssas dönəmində Ələhvazın ərəb xalqının qanlı yatırımı ilə bağlı İranın zorakı və qərəzli siyasəti eləcə də, İran daxilindəki yaşayan xalqalara qarşı yürüdülən siyasətini dayandırmasını istəyirik.

Yaşasın Əl-Əhvazın ərəb milləti ilə Güney Azərbaycanın Türk millətinin strateji birliyi

Azərbaycanın Demokratik birliyi
Güney Azərbaycanın Demokratik Türklər birliyi
Azərbaycanın milli dirəniş təşkilatı
Azadlıq cəbhəsi(Qamac)
Güney Azərbaycanın milli oyanış hərəkatı(Gamoh)
Azərbaycanın Öyrənci hərəkatı
Güney Azərbaycanın İstiqlal partiyası
Güney Azərbaycanın Demokratik partiyası
Güney Azərbaycanın Liberal Demokratik partiyası
Azərbaycanın Mərkəz Partiyası

Related Articles

Bir cavab yazın

Back to top button