İran

Əliəkbər Salehi Beynəlxalq Atom Enerjisi agentliyinin fəaliyyətlərindən danışıb

“Beynəlxalq Atom Enerjisi Ajansının İdarə timi İranın İlhaqi Protokolun icrasını dayandırmasına qarşı qərar çıxararsa, buna uyğun cavab veriləcək”. Bu fikirləri İranın Atom Enerjisi Təşkilatının rəisi Əliəkbər Salehi səsləndirib. O, İran məclisinin Milli Əmniyət və Xarici Siyasət Komisyonunun toplantısında məsələ ilə bağlı sözügedən quruma məktub göndərdiklərini açıqlayıb. Salehinin sözlərinə görə, İranın Atom Enerjisi Təşkilatı və Beynəlxalq Atom Enerjisi Ajansı arasında “Anlaşma Bəyanatına Peyvəst”in maddələri gizli saxlanılmalıdır. Bildirək ki, İran son dönəmlərdə atom fəaliyyətlərini ciddi şəkildə gəlişdirib. Bu ölkə atom anlaşması üzrə birbaşa danışıqlardan imtina edir.

Related Articles

Bir cavab yazın

Back to top button