İran

Məhəmməd Həsən Qəzvinian kapital bazarındakı vəziyyəti açıqlayıb

Sərmayə bazarı üzrə mütəxəssis Məhəmməd Həsən Qəzvinian bursda səhm qiymətlərinin dəyişməsi və bu yöndə irəli sürülən dövlət siyasətindən danışıb. O bildirib ki, sərmayə bazarındakı durumu yaxşılaşdırmaq üçün gələn ilin şəhrivərinədək gözləmək lazımdır. Buna səbəb bursda səhmlərin satışı, nağd ödənişlər, bazardakı səhmlərin nağda çevrilməsi üçün lazımi potensialın zəifləməsidir. Məhəmməd Həsən Qəzvinian bildirib ki, dövlət tərəfindən müvafiq addımlar atılmazsa, sərmayə bazarındakı durum daha da çətinləşə bilər. Bazardakı gərginliyin başlıca səbəblərindən biri də əhalinin dövlət və hökumət siyasətinə etimad göstərməməsidir. Bununla da insanlar bazara sərmayə yatırımı etməkdən istəmir.

Related Articles

Bir cavab yazın

Back to top button