İran

Əlirıza Zali: “Tehranda koronavirusun 3-cü dalğası başlayıb”

Tehran əyalətində koronavirus pandemisinin üçüncü dalğası başlayıb. Bu barədə Tehranda Koronavirusla Mübarizə Əməliyyatı Qərargahının rəhbəri Əliriza Zali bildirib.
“Son günlərin amarı göstərir ki, Tehranda artıq üçüncü dalğa başlayıb”, -deyə o, açıqlayıb.
Zali əlavə edib ki, “ikinci dalğa ilə üçüncü dalğa arasında vaxt fasiləsi çox cüzi olub”.
Qeyd edək ki, ölkədə son 24 saat ərzində daha 3 097 nəfərdə koronavirus görünüb, 183 nəfər vəfat edib. Bununla da tutulanların sayı 422 140-a, virus qurbanlarının sayı isə 24 301-ə yüksəlib.

Related Articles

Bir cavab yazın

Back to top button