İran

Ərdəbil bazarı koronavirusa görə bağlanıb

Ərdəbil əsnafı və bazarı koronavirus təhlükəsi ilə bağlı fəaliyyətini dayandırıb. Əyalətin Əsnaf Birliyindən verilən məlumata görə, mərizliyin yayılma təhlükəsini nəzərə alaraq məhdudiyyətlər bir sıra bazarlara da şamil edilib.
Narıncı məntəqə elan olunmuş şəhərlərdə isə 2, 3, 4-cü qrup iş yerləri bağlanıb. Məhdudiyyətlər Bu gün fərvərdinin 19-dan qüvvəyə minəcək. Koronavirusla Mübarizə Qərargahının son qərarına görə, başqa otomobillərin Ərdəbilə girişi qadağandır.
Hazırda Ərdəbil, Nəmin şəhərləri qırmızı, Qoç kəndi, Xiyav, Xalxal, Səreyn, Biləsuvar, Germi şəhərləri narıncı məntəqə hesab edilir.

Related Articles

Bir cavab yazın

Back to top button