İran

İran pasportunun dünya ölkələri arasında etibarlılığı

İran pasportu etibarlılığına görə 2022-ci ilin təsnifatında sondan 16-cı yerə layiq görülüb.

İran pasportu etibarlılığına görə 2022-ci ilin təsnifatında sondan 16-cı yerə layiq görülüb.

“Aznews tv”xəbər verir ki, İran “Henley Pasport İndeksi” Araşdırma Mərkəzi tərəfindən yanvarın 11-də nəşr edilən “Dünya ölkələri pasportlarının etibarlılıq göstəricisi” cədvəlində sondan 16-cı yerdə qərarlaşaraq, Konqo Demokratik Cümhuriyyəti ilə eyni sırada yer alıb.

Sözügedən araşdırma mərkəzinin ötən ilki təsnifatında 13-cü yerdə olan İran bu il üç pillə irəliləyə bilib. Lakin maraqlı məqam burasındadır ki, İranın bu təsnifat pilləsində irəliləməsi sadəcə ötən il İranla eyni pillədə yer alan Sudan, Şri-Lanka və Livanın bu pillədə geriləməsindən qaynaqlanıb.

199 müxtəlif ölkə pasportunun etibarlılıq vəziyyətini araşdıran bu hesabata əsasən, İran vətəndaşları viza almadan cəmi 42 ölkəyə səfər edə bilərlər. Bu ölkələrdən 29-da isə viza ölkəyə giriş məntəqəsində verilir.

Beləkilə, təkcə 13 ölkə viza tələb etmədən İran vətəndaşlarının ölkələrinə girişinə icazə verir.

İran vətəndaşlarının vizasız gedə biləcəyi ölkələrin əksəriyyətinə isə Afrika ölkələri və Cənubi Amerikadakı kommunist hökumətləri daxildir.

Related Articles

Bir cavab yazın

Back to top button