İran

Ərdəbil zindanında gərginliyə səbəb olub

Ərdəbil zindanında koronavirusla bağlı durum daha da gərginləşib. Belə ki, ötən gün məhbuslarda təhlükəli infeksiyonun görünməsi və bu yöndə gərəkli tədbirlərin görülməməsi kütləvi etirazlara səbəb olub. Bu məqsədlə şəhərboyu divarlara etiraz şüarları yazılıb.
Qeyd edək ki, Ərdəbildə yaşayan mədəni fəallar Ərdəbil mərkəzi zindanında koronavirusla bağlı durumun qırmızı olması ilə bağlı xəbərlər yayıldıqdan sonra kültəvi etirazlara başlayıblar. Onlar mövcud durumla ilgili həbsdəki fəalların azadlığa buraxılmalarını istəyiblər. Aksiya iştirakçıları divarlara “Azərbaycanlı məhbuslar üçün siyasi ədalət”, “Zindan artıq güvənli deyil”, “Zindanı bağlayın” və s. şüarlarını qeyd ediblər.
Bildirək ki, azərbaycanlı siyasi fəallar Abbas Lisani və Yusif Karidə də koronavirusa tutulma halı qeydə alınıb.

Related Articles

Bir cavab yazın

Back to top button