İran

Ərdəbilin tarixi hamamı qəzalı vəziyyətdədir

Ərdəbilin tarixi Molla Hadi Hamamının adı bu əyalətin Mədəni Miras Sazmanında 11194 nömrə ilə səbt olunsa da, bu tarixi abidə dağılmaq təhlükəsi ilə üz-üzədir. Hamam uçmaq durumdadır və məntəqə bütünlükdə xarabalığa çevrilib. Şəhərin önəmli tikililərindən hesab olunan bu hamam 1383-cü ildə Milli Əsərlər Listinə salınıb. indiki durum uzun müddətdir ki, davam edir. Məsələ ilə bağlı ilgili qurumlara məlumat verilsə də, müraciətlər cavabsız qalıb. Abidə şəhərin Bağmeşə bölgəsinin Molla Hadi məhəlləsinin eyniadlı küçəsində yerləşir. Hamamın bir qisməti 10 il bundan öncəyədək istifadə olunub. Hazırda Molla Hadi hamamının tavanı bütünlükdə dağılıb. Sakinlər və yaşam çevrəsi fəalları deyirlər ki, tikilinin tam mülkiyyətinin 3 dangı, yəni yarısı Ərdəbil Əyalətinin O:qaf İdarəsinindir. Qalan 3 dangı isə həqiqi malikindir. Hamamın üzərindəki əl işləri Səfəvilər çağının memarlıq üslubunun göstəricisidir.
Artırmalıyıq, Ərdəbil şəhəri tarixi tikililərinin sayına görə Azərbaycan mədəni irsinin önəmli parçası hesab olunur.

Related Articles

Bir cavab yazın

Back to top button