Araşdırma & Təhlilİran

İran rejiminin Qərbi Azərbaycanda kürdləşdirmə siyasəti

Günlərdir Qərbi Azərbaycanda siyasət meydanının hərəkətliliyi diqqət cəlb edir. Belə ki, İranın milli televizyon kanalında yayımlanan “Nun-Xe” serialının bir səhnəsi bütün diqqətləri Qərbi Azərbaycana özəlliklə Urmu şəhərinə yönəltdi. Sözügedən səhnədə Urmunun tarixi simgəsi sayılan “Kazım Xan daşı”nın qabağında kürd paltarı geyinən qrup rəqs edir və kürdcə mahnı səsləndirilir. Bununla da sanki bu bölgəni mədəni şəkildə işğal etdiklərini göstərməyə çalışırlar. Bildirək ki, Tehran hakimiyyəti uzun illərdir Qərbi Azərbaycan və Urmu ilə bağlı oxşar addımlar atır, Azərbaycanın ayrılmaz parçası Urmunu kürdlərə aid bir bölgə kimi göstərməyə çalışırlar. Bəs bu kimi siyasi oyunların artırılmasının əsas səbəbi nədir? İran türklərinin bu məsələyə səssiz qalmayacağını bildiyi halda nə üçün təhrikedici hərəkətlər icra edir? Vurğulayaq ki, Qərbi Azərbaycanın toplumsal tərkibi illərdir dəyişdirilməyə çalışılır. Riza şah dönəmində, özəlliklə 21 Azər hərəkatından sonra Güney Azərbaycanda dirçəlməyə başlayan azadlıq cərəyanı Tehran hakimiyyətini narahat edir. İran Güney Azərbaycan azadlıq hərəkatını rejimə qarşı ciddi bir təhdid kimi görür. Buna görə də İran, türklərin əleyhinə asimilasyon siyasəti başlatdı və bu gün də şiddətli şəkildə davam etdirilir. Mərkəzi hökumət özəlliklə sayları çox olan türkləri ölkənin müxtəlif yerlərinə səpələməklə güclərini bölməyə çalışır. Belə ki, bütün yeraltı və yerüstü sərvətlərinə baxmayaraq, Güney Azərbaycanın iqtisadını zəiflətməyə başladılar. Bu da insanları ölkənin mərkəzinə doğru köçməyə məcbur etdi. Nəticədə indiki rejim tərəfindən Güney Azərbaycanın boşaldılan bölgələrinə başqa millətlərin nümayəndələri köçürüldü və bölgənin ictimai tərkibinin dəyişdirilməsinə başlanıldı. Özəlliklə Türkiyə mərzindəki kənd və şəhərlərin türk əhalisi Tehran kimi mərkəzi şəhərlərə köçdü və onların yerinə kürd etnik qrupları yerləşdirildi. İslami İnqilabdan sonra və İraq savaşı illərində on minlərlə Barzani kürdü İraqdan İrana gəldi və demək olar hamısı Qərbi Azərbaycana yerləşdirildi. Bu illərdə Daş Makı, Çaldıran, Salmas, Tikantəpə kimi şəhərlərin kürd cəmiyətinin sayı ciddi bir şəkildə artırıldı. Türklər iş tapmaq niyyəti ilə mərkəzə doğru köçdükcə onların yerini kürdlər tuturdu. Son 30 ildə PKK və onun İran qolu PJAK teror örgütünün ortaya çıxması ilə Qərbi Azərbaycanda türklərin əmniyyəti barədə müşküllər yarandı. Bu örgütlər Tehranın yardımı ilə özəlliklə mərzdə qaçaqçılığa başladılar. Bu illərdə kürd ailələr ciddi mənada iqtisadi güc əldə etdilər. Elə həmin pullar hesabına kürdlər qısa zamanda Urmuda önəmli iş mərkəzlərinə sahib oldular. Bildirək ki, kənd və şəhər şuraları yerli siyasi rəqabətin birinci addımı kimi görünür. Başqa tərəfdən şəhər siyasətində önəmli yer tutublar. Buna görə də son illərdə ustandar kimi məqamları kürdlər təyin edilir və ciddi bir şəkildə kürd teror örgütləri ilə ilgidə olan cəryanlara yol açıllar. Urmu, Sulduz və Salmas kimi şəhərlərdə kürdləri vəzifəyə gətirməyə çalışırlar. Hakimiyyət bu işlə iki amacına birdən ulaşmış olur. Həm rəqabət ortamı yaradıb seçki gedişatını canlandırımaq, həm də Qərbi Azərbaycanın kürdləşdirilməsini sürətləndirməyə çalışırlar. Azərbaycan milli hərəkatı Qərbi Azərbaycanda baş verən olayları həssaslıqla izləyir və Tehranın planlarını pozmağa çalışır. Ancaq teror təşkilatlarının fars medialarındakı nüfuzu Qərbi Azərbaycanı kürdləşdirmək yönündə atılan addımları gücləndirir. Yaradılan məsnoi etnik rəqabət və teror örgütlərinin Tehranla işbirliyi ən çox Qərbi Azərbaycanda yaşayan mühacir kürd xalqına zərər verəcək. Çünki tarix sübut edib, özgə torpağında yaşayan xalqların siyasi oyunlarda iştirakı elə ən çox onların özlərinə ziyan verir. Örnək olaraq Bir Zaman Şuşanın Cıdır düzündə yallı gedən ermənilərin indiki fəlakətini Kəsinliklə Kazımxan Daşı önündə yallı gedən kürdlər də yaşamalı olacaqlar.

Artırmalıyıq ki, Güney Azərbaycan milli hərəkatının məsələyə ciddi təpkisindən sonra, İran Telvizyası “NUN_ XE” seriyalının son bölümü yayımında Kürd rəqsini kəsib və seriyal bitmək həmən, Azərbaycanın milli geyimli yallı rəqsini eyni yerdən yayıma buraxıb.

Related Articles

Bir cavab yazın

Back to top button