AzərbaycanDünya

Ərdoğan: “qarabağ müharibəsi Türk Dünyasının birliyinin əhəmiyyətini göstərdi”

“Türk dünyası olaraq ötən müddətdə koronavirus pandemisinə görə aralarında dostlarımızın, sevdiklərimizin də olduğu bir çox insanın itkisini yaşadıq. Amma bununla belə 30 illik işğaldan sonra Dağlıq Qarabağın təkrar ana vətənlə qucaqlaşmasının sevincini də ürəklərimizdə hiss etdik”. Bu fikirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankarada keçirilən Türk Dünyası havaşünaslıq toplantısının iştirakçılarına ünvanladığı məktubda əksini tapıb. Ərdoğan 44 günlük Vətən savaşında əldə edilən qələbəyə görə Azərbaycan xalqını təbrik edib: “Həm Dağlıq Qarabağ savaşı, həm də pandemi dövründə yaşadıqlarımız nizamidən diplomatiyaya, sağlıqdan, əkinə, turizmdən enerjiyə qədər hər sahədə türk dünyasının birlik, bərabərlik və birliyinin önəmini göstərdi. Eyni dildə danışan, eyni dinə inanan, tarixi bir, mədəniyyəti bir, 300 milyonluq çox böyük bir ailə olduğumuzu təkrar gördük. Qarşıdakı müddətdə bu bağları gücləndirmək, aramızdakı əməkdaşlığı daha da gəlişdirməliyik”,-deyə Türkiyə prezidenti diqqətə çatdırıb.

Related Articles

Bir cavab yazın

Back to top button