Dünya

Ərdoğanın “Twitter”dəki səs-küylü paylaşımı

“Türkiyə məsnoi küləklərlə əyilib bükülə biləcək bir ölkə deyil”
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Twitter” hesabındakı paylaşımında deyib.
“Türkiyənin bölgəsəl və dünya miqyaslı bir güc olaraq yüksələn ulduzundan narahat olanlar hər dəfə daha məkrli, daha riyakar şəkildə üstümüzə gəldilər.
Terror təşkilatlarından tutmuş çevriliş edənlərə, maliyyə lobbilərindən tutmuş tarixi hesablaşmalara qədər hər cür vasitə ilə basqı göstərdilər.
Hamısının bir-bir öhdəsindən gəldik. Bu gün ölkəmizin gələcəyə inamla baxmasının, bölgəsəl və dünya miqyaslı mövqelərdə fəal rol oynamasının arxasında güclü bir təməl var.
Türkiyə süni küləklərlə əyilib bükülə biləcək bir ölkə deyil.
Epidemidən sonra meydana gələn yeni dünya nizamında coğrafi mövqeyimiz, logistik şəbəkə ilgilərimiz, tolid gücümüz, insan qüvvələri və bilik və bacarıqlarımızdan istifadə edərək yeni bir uğur hekayəsi yazacağıq”, – deyə Ərdoğan bildirib.
Paylaşımda Türkiyənin 2002-2019-cu illər arasındakı inkişafını göstərən numudar yer alıb.

Related Articles

Bir cavab yazın

Back to top button