İran

İranda koronavirusla ilgili gərginlik davam edir

İranda son 24 saatda 184 nəfər koronavirusdan ölüb. Bunu İranın Sağlamlıq, Müalicə və Tibbi Təhsil Vəzirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, ölkədə virusdan ölənlərin sayı 18 800 nəfərə çatıb.
Vəzirlik rəsmisi bildirib ki, İranda 2 345 nəfər koronavirusa tutulub. Bununla da ölkədə infeksiona tutulanların sayı 331 189 nəfərə yüksəlib. Mərizlərdən 3 983 nəfərin vəziyyəti ağırdır.
Məlumata görə, İranda indiyədək 288 620 nəfər virusdan sağalıb. Belə ki, İranın Mazandaran, Tehran, Qum, Gülüstan, Şimali Xorasan, Ərdəbil, İsfahan, Əlborz, Rəzəvi Xorasanı, Kirman, Simnan, Şərqi Azərbaycan, Mərkəzi, Yəzd və Gilan vilayətləri qırmızı məntəqələr hesab olunurlar. İranda indiyədək 2,73 milyondan çox test həyata keçirilib.

Related Articles

Bir cavab yazın

Back to top button