Dünya

Kanada parlamenti Rusiyanın Ukraynaya hücumunu soyqırım olaraq tanıdı

Kanada parlamenti Rusiyanın Ukraynaya hücumunu “soyqırım” kimi xarakterizə edən qətnamə qəbul edib.

Kanada parlamenti Rusiyanın Ukraynaya hücumunu “soyqırım” kimi xarakterizə edən qətnamə qəbul edib.

Avropa.info xəbər verir ki, yekdilliklə qəbul edilən qətnamədə hərbi cinayətlər arasında kütləvi vəhşilik, ukraynalı mülki şəxslərin qəsdən öldürülməsi, meyitlərin təhqir edilməsi, ukraynalı uşaqların zorla köçürülməsi, işgəncə, fiziki zərər, ruhi zərər və zorlama kimi ifadələr yer alıb.

Kanadalı deputat Hizer Makfersonun təklifi ilə səsə qoyulan qətnamədə deyilir ki, Rusiya Federasiyası Silahlı Qüvvələri tərəfindən “insanlığa qarşı sistematik və kütləvi hərbi cinayətlərə dair aydın və kifayət qədər dəlillər” mövcuddur.  (avropa.info)

Related Articles

Bir cavab yazın

Back to top button