İran

Qərbi Azərbaycan vilayətində bazarlarda yağ qıtlığı yaşanır

Qərbi Azərbaycanın sakinləri bazarlarda yağ qıtlığından gileylənir.
Ustanın Sənaye, Mədən və Ticarət Sazimanının Ticarət İşləri üzrə müavini Məhəmməd Dehqan bildirib ki, tükanlar onlara veriləcək məhsulun yüzdə 95-i ilə təmin olunub. Ancaq tükanlarda kərə yağının tapılmaması, bitki yağlarının isə baha qiymətə satılması əhalinin narazılığına səbəb olub. Sakinlər bildirirlər ki, yağların qiymətindəki təsənnüi artım bazar və tükanlara lazımi nəzarətin edilməməsi ilə bağlıdır. Tükan sahibləri isə deyirlər ki, təkcə yağın deyil, bütün malların qiymətində artım var. Məhəmməd Dehqanın sözlərinə görə, əyalətdə duru yağ çatışmazlığı yoxdur. Ustana dövlət tərəfindən ayrılmış 1236 ton yağın yüzdə 95-i artıq gətirilib və tükanlara paylanıb. Bundan başqa Qərbi Azərbaycanın 824 ton payı var ki, onun da 600 tonu bazar və tükanlara göndərilib. Alıcılara təqdim olunan məhsulun satış qiyməti qablaşdırmanın üzərində qeyd edilir. Təsənnüi qiymət artımı ilə qarşılaşan şəxslərdən bahalığa qarşı təziratın 124 nömrəsi ilə təmas tutmaları xahiş olunur.

Related Articles

Bir cavab yazın

Back to top button