Bu sözləri Ağ Evin Milli Təhlükəsizlik müşaviri Cek Sallivan deyib.
“Amerika bununla bağlı İsraillə danışıqlar aparacaq və koordinasiya edəcək”,- o bildirib.
Sallivan deyib ki, Bayden və onun milli təhlükəsizlik qrupu İranın İsrailə hücumunu araşdırıb.
“İran İsrailə 200-ə yaxın raket atıb və görünür, onun hücumu təsirsiz olub. İsrail ordusu ilə birlikdə dəyən ziyanı qiymətləndiririk”,- Milli Təhlükəsizlik müşaviri qeyd edib.