İran

İranda oturum almaq üçün şərtlər dəyişdirildi

İran hökuməti ölkəyə sərmayəçilərin getmədiyi üçün şərtləri yumuşaltmağa məcbur olub.

İran hökuməti ölkəyə sərmayəçilərin getmədiyi üçün şərtləri yumuşaltmağa məcbur olub və xarici vətəndaşlara oturum vermək üçün tələb olunan yatırım məbləğini 250 min dollardan 90 min avroya endirib.

İranın Xarici Kapital, İqtisadi və Texniki Yardım Bürosunun başçisi Əbülfəz Kudehi bununla yanaşı xarici sərmayəçilərin oturum müddətinin 3 ildən 5 ilə qaldırıldığını deyib.

Xarici vətəndaşlara sərmayə müqabilində yaşayış imkanının verilməsi qaydalarında edilən dəyişikliklər əvvəlki planların uğursuzluğundan sonra baş verib.

Ötən ilin sentyabrında İranın daxili işlər nazirinin müavini Babək Dinapərəst İranda 250 min dollarlıq sərmayə müqabilində xarici vətəndaşlara iqamət hüququ verən qanun layihəsinin baş tutmadığını elan edərək, qanun layihəsi çərçivəsində bir nəfərin də müraciət etmədiyini bildirib.

İranın Sərmayə Təşkilatının rəsmiləri elan ediblər ki, yeni fərmana əsasən sərmayəçi, onun xarici menecerləri və ekspertləri, ayrıca xarici sərmayədən istifadə edilən müəssisələrin xarici menecerləri və ekspertləri, həyat yoldaşı, 18 yaşına çatmamış oğulları və evlənməmiş qızları, onların himayəsində olan valideynləri də İranda 5 il qala bilərlər.

Əbülfəz Koudehi bəyan edib ki, bu qətnamənin məqsədi getdikcə daha çox xarici ölkələrin, xüsusən də qonşu ölkələrin vətəndaşlarını İrana sərmayə qoymağa təşviq etməkdir.

Qeyd edək ki, İranın bu cəhdi rəsmilərində etiraf etdiyi kimi ölkədən mütəxəssis və sərmayəçilərin xaricə axın etdiyi bir vaxtda baş verir.

Siyasi analitiklər İrandan ixtisaslı işçi qüvvəsi və sərmayə köçürmək istəyinin əsas səbəbi kimi siyasi və sosial azadlıqların olmaması və İranın qlobal arenada təcrid olunmasını göstərirlər.

 

Related Articles

Bir cavab yazın

Back to top button