İran

ABBAS LİSANİYƏ 15 İLLİK HƏBS CƏZASI VERİLİB

Milli fəal Abbas Lisaninin 15 il həbs cəzası ali divan tərəfindən təəid edilib.
Belə ki, tir ayının 14-ü fəalın vəkili Məhəmməd Rza Fəqihi ölkənin ali divanına müraciət edib. O, bu barədə fəalın ailəsinə məlumat verib.
Məlumata görə, A.Lisaninin 8 illik həbs cəzası Ərdəbilin təcdid nəzər dadqahında 15 ilə artırılıb. Çıxarılan haqsız qərar ölkənin ali divanında da təsdiq edilib.
Ərdəbilin təcdid nəzər Məhkəməsinin rəisi Nasir Ətəbati 98-ci ilin mehr ayında milli fəalı 15 il həbsə məhkum edib.
Xatırladaq ki, A.Lisaniyə qarşı “Gamac qrupunu yaratmaq, idarə etmək, türkləri milli əmniyyətə qarşı təhrik etmək, sistemə qarşı olan medialar ilə təbliğat aparmaq” iddiaları sürülüb.
Milli fəal 97-ci ilin dey ayının 25-də Təbrizin inqlab dadqahının 2-ci şöbəsində məhkəmənin ədalətsizliyinə etirazını bildirib. Bundan sonra o, Ərdəbil zindanına köçrülüb.
Qeyd edək ki, A.Lisani haqsız tutuqlandığı zamandan indiyə kimi zindanda saxlanılır. Fəal Ərdəbil zindanında koronavirus yayılmasına baxmayaraq, mürəxəsiyə buraxılmayıb. Habelə, fəalın vəkilinə də tutuqlanma hökmü verilib.
A.Lisaninin tutuqlanmasına etiraz edən başqa fəallar da mühakimə edilərək saxlanılıb.

Related Articles

Bir cavab yazın

Back to top button