İran

Hökumət xalça sənayesini unudub

Şərqi Azərbaycan əyalətinin əldətoxuma xalça sənayesinin acınacaqlı durumu ilə bağlı yeni məlumat yayılıb.

Bu barədə Təbriz Xalça Satıcıları Birliyinin rəhbəri Əhəd Əzimzadə danışıb.

O, bu sahədə fəaliyyət göstərənlərə qarşı laqeydlik edildiyini və bu səbəbdən əldətoxuma xalça sənayesinin iflas etdiyini deyib.

Əzimzadə problemin həlli üçün prezident aparatı və Sənaye, Mədən və Ticarət Nazirliyinin tərkibində ayrıca bölmənin yaradılmasını təklif edib.

Birlik sədri bildirib ki, yüzminlərlə insanın gəlir qaynağı olan əl işi sənayesi artıq tamamilə məhv olmaq təhlükəsi ilə üzləşib.

Qeyd edək ki, 2015-ci ildə Ümumdünya Əl İşləri Şurasının təsdiqi ilə Təbriz müxtəlif göstəricilərə görə “Dünya Xalçaçılıq şəhəri” adına layiq görülüb.

Related Articles

Bir cavab yazın

Back to top button