İran

Şərqi Azərbaycanda koronavirusla bağlı son durum

Doğu Azərbaycanda koronavirusdan ölənlərin sayı 20-i keçib. İlin əvvəlində mərizxanaya yerləşdirilənlərin sayı 400-dən 1500-ə yüksəlib. Bu barədə Təbriz Tibb Elmləri Danişqahının müavini məlumat verib. Abbas Əli Dorostinin sözlərinə görə, mərizxanalarda durumu ağır olan mərizlərin sayı 130-a çatıb. “Bu mərizliyə qarşı məsuliyyətsiz yanaşma davam edərsə, önümüzdəki günlərdə daha dəhşətli bir durumla qarşılaşacağıq. Hər gün bir sıra yaxınlarımızı itirəcəyik”,-deyə danişqah məsulu vurğulayıb. Dorosti insanları sağlıq qaydalarını riayət etməyə çağırıb. Tərsinə olarsa, mərizliyə yoluxanların sayının kəskin artacağını diqqətə çatdırıb

Related Articles

Bir cavab yazın

Back to top button