İran

Qəzvin yolları yaxşılaşdırılmalıdır

Qəzvin Ustanı Yol və Şəhər Şalma Baş İdarəsinin müdiri Cavad Həq Lütfi ustanın asfaltlanmış yollarından danışıb. “Qəzvinin asfalt olunmuş kənd yollarının yüzdə 35-i yenidən baxılmalıdır. Bu yollardan 700 kilometri Qumsaq, qalanı isə topraq və çöl maşınları gedə biləndir. Ustanın kənd yollarının yaxşılaşdırılmasına dövlət tərəfindən toplam 900 milyard tümən etibar gərəkdir. Ötən il sel suları, ustanın kənd yolları və fənni tikililərinə 27 milyard tümən xəsarət yetirib. Amma Qəzvin ustanı xəsarətin cübran olunmasına təshilatın alacağı 10 ustan arasına deyilməyib”, – deyə məlumat verib. Cavad Həq Lütfi eləcə bildirib ki, ötən və bu ilki daşqınlarında ustanın körpüləri və fənni tikililərinin yüzdə 70-nə xəsarət yetirilib.Həq Lütfi ustanın yük və musafir daşıma navqanı məsələsinə də toxunub. “Qəzvində ortalama ömrü 21 il olan təxminən 10 min yük daşıma maşın hələdə işləyir. 12 min sürücü isə kalanin ustanın mərkəzindən ayrı ustanlara daşımaqda işləyirlər. Müsafir daşıma navqanında da 3 min dəsqah maşın işləyir. Koronavirusunun yayılması ilə yollarda müsafirlərin daşıması yüzdə 35 azalıb. Bununla da sürücülərə iqtisadi ziyan dəyib. Bu ziyanın cübran olunması üçün verilən vam az miqdarda olmasına baxmayaraq, verilmiş vamın geri qaytarılmasına təyin edilmiş zəmanət şərtləri ağır olub”, – deyə məlumat verib.
Cavad Həq Lütfi eləcə də deyib ki, ustan yollarının yaxşılaşdırılması və yamaqlanması üçün 54 min ton asfalt tökülüb.Bildirək ki, Qəzvin Ustanı İran ölkəsinin şimal-qərbində yerləşməklə asimilasion siyasəti olaraq Güney Azərbaycandan qoparılıb. Ayrıca ustan olsa da, Güney Azərbaycanın ta:rixi torpaqları hesab olunur. 1395-ci ilin amarına gərə, bu ustanın cəmiyyəti 3 milyon 100 min nəfərdən çoxdur. Ustanda türk xalqına dəbi mədəniyyəti-nin çoxlu tarixi abidələrdır və bu çoxluğa görə də İranda birinci yerdədir.

Related Articles

Bir cavab yazın

Back to top button