İran

Şahrud dəmiryol dayanacağındakı partlayış barədə ziddiyyətli xəbərlər yayıldı

İrandakı bir sıra xəbər qaynaqları 7 out, cümə günü səhər Şahrud dəmiryol isqahında baş verən partlayış barədə ziddiyyətli bilgilər yayıblar.
İSNA xəbər ajansı dəmiryol istqahında baş verən partlayış xəbərini təkzib edib. Partlayışın Şahrud dəmiryol isqahı yaxınlığında yerləşən yaşayış binasında baş verdiyini və binanın partlayış nəticəsində dağıldığını yazıb.
Xəbərə görə, partlayış nəticəsində bir nəfər yaralanıb və imdad qüvvələri tərəfindən mərizxanaya aparılıb.
Semnan ustanında Şahrud yanğınsöndürmə idarəsinin mətbuat vahidindən verilən bilgiyə görə, bu hadisə gecə saat 12.05 – cümə günü səhər vaxtlarında baş verib. Partlayışın səbəbinin qaz sızması və ya başqa bir səbəb olduğu hələ də bəlli deyil.
Bildirək ki, son bir ayda İranın ətom və sənaye təsisatında bəzi şübhəli partlayışlar və yanğınlar baş verib.
Bəzi İran məsulları bu partlayışların bəzisində Amerika və İsrailin əlinin olmasında günahlandırıblar.

Related Articles

Bir cavab yazın

Back to top button