İran

İranda koronavirus qurbanlarının sayı artıb

İranda koronavirusdan ölənlərin sayı 18 mini ötüb. Bu barədə İranın Sağlamlıq, Müalicə və Tibbi Təhsil Vəzirliyinin sözçüsü Si:ma Sa:dat La:ri məlumat verib. Rəsmi amarlara görə, son 24 saatda daha 156 nəfər mərizlikdən dünyasını dəyişib. Bununla da İranda KOVİD-19 –dan ölənlərin sayı 18 132 nəfərə çatıb.
Vəzirlik rəsmisi son 1 gündə 2 450 nәfәrin koronavirusa tutulduğunu açıqlayıb. Belə ki, ölkədə koronavirus mərizlərinin sayı 322 567 nәfәr olub. Onlardan 4 136 nәfәrin vәziyyәti ağırdır. Məlumata görə, İranda 279 724 nәfәrin koronavirusdan sağaldıqları deyilir. Si:ma Sa:dat La:ri vurğulayıb ki, Tehran, Qum, Mazandaran, Gülüstan, Şәrqi Azәrbaycan, Әrdәbil, İsfahan, Әlborz, Rәzәvi Xorasanı, Kirman, Şimali Xorasan, Simnan, Mәrkәzi, Yәzd vә Gilan ustanları qırmızı məntəqə hesab olunur. İranda mərizliklə ilgili 2 milyon 63 mindən çox insandan test alınıb.

Related Articles

Bir cavab yazın

Back to top button