İran

Əmir Teymurun anasının məqbərəsi təhrif olunub

Güney Azərbaycanın Qaradağ Mahalının Qədim As kəndində yerləşən Əmir Teymurun anası Təkinə Xatının məqbərəsi İran rejimi tərəfindən təhrif edilib. Belə ki, yerli bölgənin tarixi ilə bağlı olan məqbərə baxımsızlıqdan yararsız duruma düşüb. Milli mədəni fəallar və əhalinin etirazlarından sonra Mi:rase Fərhəngi Sazimanı bu məqbərəni təmir edib. Ancaq təmirdən sonra qəbirin ilkin görünüşündən tamamilə fərqləndiyi aydın olub. Əldə etdiyimiz videogörüntülərə görə, bu tarixi qəbir abidəsi bir növ erməni məbədinə oxşar bir şəkilə salınıb. Qeyd edək ki, qədim As kəndi Əhər –Kəleybər yolunun 35-ci kilometirliyində yerləşir. Bu kənd bir çox tarixi əsər və tikililəri ilə tanınır.

Related Articles

Bir cavab yazın

Back to top button