İran

İranda koronavirusdan 97 nəfər həyatını itirib

İranda son 24 saatda daha 97 nəfər koronavirusun qurbanı olub. Məsələ ilə bağlı İranın Sağlıq, Müalicə və Tibbi Təhsil Vəzirliyinin sözçüsü Sima Sadat Lari açıqlama verib. Onun sözlərinə görə, bununla da ölkədə təhlükəli virusdan ölənlərin sayı 61 427 nəfərə çatıb. Ötən bir gündə 8 380 nəfərin isə koronavirusa yoluxduğu bildirilib. Beləliklə, İranda bu virusa yoluxanların sayı 1 763 313 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3 848 nəfərin durumu ağır olaraq qiymətləndirilir.

Related Articles

Bir cavab yazın

Back to top button