Dünya

Amerika konqresinə İranla bağlı qanun layihələri təqdim edilib

Amerika Senasında və Nümayəndələr Məclisində yer alan cümhuriyyətçilər Konqreyə İranla bağlı 8 qanun projəsi təqdim ediblər. Projələrin bəzilərində Konqresin Amerikanın atom anlaşmasına qayıtması ilə bağlı məsələyə müdaxilə etməsi istənilib. Məlumata görə, qanun layihələrinin daha bir neçəsinin məzmunu İrana qarşı təhrimlərin azaldılmasının qarşısını almağı nəzərdə tutur. Bu qanun layihələrindən bəzilərində konqrə üzvləri hətta İrana qarşı təhrimlərin sərtləşdirilməsi məsələsini də qaldırıblar. Sənədlər içərisində cümhuriyyətçi senator Bill Haqertinin layihəsi 27 senatorun dəstəyini alıb. Senatorun qanun layihəsinin cümhuriyyətçi tərəfdarı Maykl Mek Kul məsələ ilə bağlı jurnalistlərə açıqlama verib.
“Projənin önərilməsinin başlıca hədəfi Amerika xalqına İrana qarşı təhrimlərin yüngülləşdirilməsi mövzusunda rəy hüququnun verilməsidir”, – deyə diplomat açıqlamasında vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button