Dünya

İsrail İranın dronlarla mümkün hücumlarının qarşısını almağa hazırlaşır

İsrail İranın bu ölkəyə insansız uçaqlarla ehtimal olunan hücumları ilə mübarizə aparmaq üçün hazırlıq işləri görür.

İsrail İranın bu ölkəyə insansız uçaqlarla ehtimal olunan hücumları ilə mübarizə aparmaq üçün hazırlıq işləri görür.

“Aznews tv” xəbər verir ki, bu barədə İsrailin Radioteleviziya Təşkilatı (KAN) məlumat yayıb.

Bildirilir ki, ölkənin orduya bağlı müdafiə təşkilatı İranın İsrailə mümkün pilotsuz uçaqlarla hücumuna qarşı hazırlaşır.

Hesabatda bunun İran hakimiyyətinin İsrailin Yəməndə husi yaraqlılarına və İranla əlaqəsi olan terror qruplaşmalarına hücumda Amerika qüvvələrinə yardım etdiyi iddiası ilə bağlı olduğu bildirilir.

Məlumatda habelə qeyd olunub ki, iki gün öncə İrandan İsrailə doğru göndərilmiş iki insansız uçaq İraqda vurulub.
Yüksək səviyəli siyasi mənbədən verilən məlumata görə, pilotsuz təyyarələrlə zərbələr endirmək çox asandır. Ona görə də hər vasitə ilə bunun qarşısını alacaqları, İsraillə İranın bir-birinin bir nömrəli düşməni olduğu vurğulanıb.

Related Articles

Bir cavab yazın

Back to top button