Articles

Əhərli tələbələrə qarşı cinsi istismar hadisəsi; İstismarcı müəllim sərbəst, ifşa edən jurnalist həbsxanada

Bundan öncə İstismara məruz qalan tələbələrin valideynlərindən biri İranWire-ə müsahibəsində demişdi:"C.A.Çərşənbə günü [22 sentyabr 2021-ci il] mənə zəng etdi və dedi ki, yeni dərs ili başlayıb və uşağımı məktəbə göndərməliyəm; Amma 11 yaşlı oğlum məktəbə getməkdən imtina etdi.Oğlum məktəbə getməyə qorxduğunu dedi. Nəhayət, anasının təkidi ilə dedi ki, məktəbə getməyə etiraz etməsinə səbəb son iki ildə məktəb müəllimi tərəfindən dəfələrlə ona və başqa şagirdlərə İstismar etməsi olub."

 

Sentyabr ayında Əhər şəhərinin kəndlərindən birində 15 nəfərlik məktəbdə şagirdlərə cinsi İstismarla günahlandırılan məktəb müəllimi bir neçə saatlıq həbsdən sonra sərbəst buraxılıb və hadisəni ifşa edən jurnalist hələ də iki aydan çoxdur Evin həbsxanasında saxlanılır.

Həmçinin məlumatlı bir mənbənin bildirdiyinə görə, Əhər şəhərinin yeni prokuroru “Əli Fazeli” və istismara məruz qalan tələbələrin vəkili “Hamid Əlipur” hadisədəki ittihamların mahiyyətini dəyişdirmək və təqsirləndirilən şəxsə bəraət qazandırmaq üçün birgə çalışırlar.

22 sentyabr 2021-ci ildə Doğu Azərbaycan əyalətində kənd məktəbi şagirdlərinin cinsi İstismarın üzə çıxmasından sonra iki şagirdin ailələri istismar edən müəllimə qarşı şikayət ərizəsi ilə müraciət edərək, təqsirləndirilən şəxslərin cəzalandırılmasını tələb ediblər.Hadisə şagirdlərin məktəbə getməkdən imtina etməsindən sonra üzə çıxıb.

Bundan öncə İstismara məruz qalan tələbələrin valideynlərindən biri İranWire-ə müsahibəsində demişdi:”C.A.Çərşənbə günü [22 sentyabr 2021-ci il] mənə zəng etdi və dedi ki, yeni dərs ili başlayıb və uşağımı məktəbə göndərməliyəm; Amma 11 yaşlı oğlum məktəbə getməkdən imtina etdi.Oğlum məktəbə getməyə qorxduğunu dedi. Nəhayət, anasının təkidi ilə dedi ki, məktəbə getməyə etiraz etməsinə səbəb son iki ildə məktəb müəllimi tərəfindən dəfələrlə ona və başqa şagirdlərə İstismar etməsi olub.”

Müəllimin cinsi İstismarındən xəbər tutan şagirdlərin valideynləri məktəbdə müəllimi həbs edərək polisə təhvil veriblər.İstismara məruz qalan uşaqların valideynlərinin dediyinə görə, istismar edən müəllim polis gələnə qədər tələbələrə cinsi istismar etdiyini dolayısı ilə etiraf edib və ailələrdən məsələni açıqlamamağı xahiş edib.Lakin polis istismar edən müəllimi Əhərə köçürdükdən sonra bir neçə saatdan az müddətdə buraxıb.

25 sentyabr 2021-ci il şənbə günü Təqsirləndirilən şəxs öncəki etiraflarını təkzib edib və Əhər Prokurorluğunun 1 saylı şöbəsində və prokurora cavab olaraq İstismar ittihamını rədd edib.İki şagird valideynlərinin, təhsil nümayəndəsinin və şəhər prokurorunun iştirakı ilə son iki ildə bir neçə dəfə müəllimləri tərəfindən İstismarə məruz qalıblar.

Lakin bu iclasdaTəqsirləndirilən müəllim oğlan və qız tələbələrin niyə lüt soyundurulduğu, uşaqların bəzilərinin dərs saatlarından sonra saxlandığı, boş bir məktəb otağında bəzi tələbələrlə başqa uşaqların gözündən uzaqda tənhalıq və s. ilə bağlı cavabı olmayıb.

İstismarkar müəllim tələbələrin ailələrinin onun zorlama faktını inkar etməsinə etirazına da cavab verib:”Mən savaş əliliyəm, çoxlu tanışlarım var və qanun məni cəzalandıra bilməz”.

Əhər Təhsil Təşkilatının nümayəndəsi də prokurorluqda təqsirləndirilən şəxsin yeni tədris ilində kəndə özbaşına getdiyini və Təhsil Təşkilatının bu şəxsi kəndə göndərmədiyini iddia edib.

Əhərli tələbələrə cinsi İstismarilə günahlandırılan təxminən 50 yaşı var və bu şəhərdə yaşayan Bəsici müəllimidir.Onun Əhər şəhərində cümə imamı və digər dini və siyasi qurumlarla yaxın əlaqələri, İstismara məruz qalan uşaqların ailələri bu hadisədə bəzi siyasi xadimlərin təsirinin ola biləcəyindən narahatdırlar.

Məlumatlı mənbənin bildirdiyinə görə, Əhər şəhər prokurorunun dəyişməsi ilə işin gedişatı dəyişib, işdəki çoxsaylı sübutlara məhəl qoyulmayıb və məhkəmə heyəti tərəfindən tələbələrin ailəsinə verilən iş vəkili, müvəkkillərini müdafiə edə bilməyib.O deyir:”Tələbələrin ailələri ədliyyə və təhlükəsizlik orqanlarının təzyiqi altındadır.Ailələr bu işə etiraz olaraq dəfələrlə kənd sakinləri ilə etiraz aksiyası keçirmək qərarına gəliblər; Amma təhlükəsizlik qüvvələri bir tərəfdən kənd sakinlərini həbs etməklə hədələyir, digər tərəfdən isə işi davam etdirəcəklərinə söz verir.Vəkil də ailələri işdən xəbərdar etmir.Vəkil şəhərdə söz-söhbət yayıb ki, müəllim uşaq istismarına görə 200 milyon, İran rəhbərini təhqir etdiyinə görə 350 milyon tümən cərimələnib; Amma tələbələrin valideynlərinin vəkilin iddiası ilə bağlı məlumatı yoxdur”.

Uşaqlarının istismara məruz qaldığı iki ailənin vəkili Hamid Əlipur çoxsaylı zənglərə baxmayaraq İranwire ilə danışmaqdan imtina edib və ona qarşı irəli sürülən ittihamlara cavab verməyib.

Əli Fazeli Əhər şəhərinin yeni prokurorudur və bu ilin noyabrında bu vəzifəyə təyin edilib.Fazelinin Əhər prokurorluğunda olduğu qısa müddət ərzində Əhərli vətəndaşlar tərəfindən İranwire-a bir neçə şikayət göndərilib.Əhər həbsxanasındakı məhbuslar Əli Fazelinin məhbuslara məzuniyyət verilməməsi əmrinə etiraz olaraq noyabrın 19 və 20-da kütləvi aclıq aksiyası keçiriblər,Fazəli bu ilin sentyabrında Əhər həbsxanasında qamçı ilə cəzanın icrası nəticəsində aldığı xəsarətlər nəticəsində öldürülən “Hadi Atazadə“nin ailəsini həbs etməklə hədələyib və indi də Əhərli tələbələrin cinsi istismar işinə təsir edərək, bu işdə irəli sürülən ittihamların mahiyyətini dəyişməyə və təqsirləndirilən şəxsə bəraət qazandırmağa çalışır.

Bu hadisədə İstismara məruz qalan tələbələrin son vəziyyəti ilə bağlı İranwire-ə danışan mənbə deyir:”Xəsarət alan uşaqların vəziyyəti heç də yaxşı deyil, onların hamısı depressiyaya düşüb və yatmaqda çətinlik çəkirlər.Uşaqlardan biri sidik tutmamaqdan əziyyət çəkir və hər gecə kabuslar görür; Amma heç bir dövlət məmuru onların taleyinin arxasınca getmir. Hətta Təbriz Rifah Təşkilatı belə ailələrə cavab vermir və bu uşaqlara kömək etməkdən imtina edir”.

Əhrli tələbələrinin uşaqlara qarşı cinsi istismar hallarına hər gün məhkəmə prosesində qeyri-müəyyənliklər əlavə olunarkən, həbsindən iki aydan çox vaxt keçməsinə baxmayaraq, hadisəni ifşa edən jurnalist hələ də Evin həbsxanasında saxlanılır.

Bu ilin sentyabr ayında “Sehrama” xəbər kanalının idarəedici direktoru “Əbülfəz Purhüseyinqulu” və fotoqraf və media jurnalisti “Arəş Şadmənd” bu cinsi istismar xəbərlərini dərc etdiklərinə görə həbs edildilər.

29 sentyabr 2021-ci il çərşənbə günü Abolfazl Pourhüseyngülü ilk olaraq Doğu Azərbaycan əyalətinin Kəleybər şəhərindəki ofisinin qarşısında təhlükəsizlik qüvvələri tərəfindən, bir gün sonra isə Arəş Şadmənd Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən həbs edildi.İki jurnalist öncəcə Təbrizdəki təcridxanaya, nəhayət Evin həbsxanasına köçürüldülər.

Arəş Şadmand məhkəmənin sonuna qədər 20 günlük həbsdən sonra 200 milyon Tümən girov qarşılığında sərbəst buraxılıb. Bununla belə, Əbülfəz Purhüseyinqulu hələ də Evin həbsxanasında saxlanılır.

İranda uşaqların müdafiəsi ilə bağlı qanunlarda ciddi zəifliklər var. Mövcud qanunlar da effektiv şəkildə tətbiq edilmir, xüsusən də uşaqlara qarşı istismarda bulunan şəxs dövlət qurumlarına yaxındırsa.İranda uşağa cinsi İstismar edənə bəraət verilməsi ilə bağlı ən məşhur hadisə məşhur Quran qarilərindən olan “Səid Tusi”yə qarşı irəli sürülən ittihamlardır.Hakimiyyət qurumlarına yaxın olan bu qarinin törətdiyi cinayətin çoxsaylı sübutlarına baxmayaraq, bu iş hərtərəfli araşdırılmadı və nəhayət bu işdə Səid Tusi bəraət qazandı.

 

Bir cavab yazın

Back to top button