İran

İranda 58 etirazçı edam edilə bilər

İranda davam edən etiraz aksiyaları zamanı saxlanılan və ölüm cəzasına məhkum olunmuş və ya edam cəzası almaq riski altında olan 58 vətəndaşın şəxsiyyəti müəyyən edilib

İran İnsan Haqları Təşkilatının verdiyi son məlumata görə, 2 etirazçı edam edilib, 11-i barədə edam hökmü çıxarılıb və daha 47 nəfərə qarşı ölüm cəzası ilə nəticələnə biləcək ittihamlar irəli sürülüb.

Bu şəxslərə qarşı irəli sürülən ittihamların saxta olduğu, onlardan işgəncə altında etiraf alındığı və müstəqil vəkil tutmaq hüququndan məhrum edildikləri bildirilir.

Qeyd edək ki, bundan öncə Məcid Rza Rəhnəvərd və Möhsün Şikarı etiraz aksiyalarına qatıldıqları üçün saxta ittihamlarla günahlandırılıb və edam ediliblər.

Onlardan işgəncə altında məcburi etiraf alındığı qeyd edilir.

Related Articles

Bir cavab yazın

Back to top button