Dünya

Pakistanda törədilən partlayış nəticəsində 25 nəfər xəsarət alıb

Pakistanda polis bölməsinin yaxınlığında törədilmiş partlayış nəticəsində azı 25 nəfər xəsarət alıb.

Bu barədə “Samaa” telekanalı yerli polisə istinadən xəbər verir.

Qeyd edilir ki, hadisə Ravalpindi şəhərində baş verib. Xəsarət alanlar arasında uşaq da var. Azyaşlı da daxil olmaqla, zərəçəkənlərdən üçünün vəziyyəti ağırdır. Yaralılardan üçünə hadisə yerində tibbi yardım göstərilib.

Polisin ilki məlumatına görə, hadisə qumbara partlayışı ilə törədilib. Ərazi polis tərəfindən əhatəyə alınıb, təhqiqat aparılır.

Related Articles

Bir cavab yazın

Back to top button