İran

Trampın keçmiş müşaviri İlon Maskı iranlı etirazçıları “Starlink” interneti ilə təmin etməyə çağırıb

Amerikada Tramp hökumətinin milli əmniyət məsələləri üzrə keçmiş müşavirinin müavini Viktoriya Kuts İranın Xuzestan vilayətində hökumət tərəfindən internetin kəsilməsi ilə bağlı Tvitterdə yazıb: "TESLA şirkətinin sahibi İlon Mask Ukraynanı peyk internet şəbəkəsi ilə təmin edə bilirsə, niyə də bunu Xuzestan üçün etməyək? Bu şücaətli xalqın əlaqə qura bilməsinə şərait yaratmalıyıq".

Qeyd edək ki, ötən iki gün ərzində Xuzestan vilayətinin müxtəlif şəhərlərində narazı əhali küçələrə axışıb.
Yayılan videolara görə, insanlar xüsusilə çörək, yağ düyü və ət kimi əsas ərzaq məhsullarının qiymətlərinin misli görünməmiş şəkildə bahalaşmasına etiraz olaraq küçələrə axışıb və ölkə prezidenti İbrahim Rəisiyə qarşı şüarlar səsləndiriblər.
Bu çağırışla eyni vaxtda, İran hökuməti interneti kəsib, narazı fəalları ev-ev axtarıb və bir sıra şəhərlərə polis qüvvələri yeridib

Related Articles

Bir cavab yazın

Back to top button