Dünya

Hulusi Akar: “Haqlı mübarizəsində sona qədər Azərbaycanın yanındayıq”

“Şanlı ordumuz üç qarrəyə barış, ədalət gətirən atalarımızdan aldığı feyzlə dost, qardaş və məzlum ölkələrin sabitliyi, habelə əmniyyəti üçün də mübarizə aparmaqdadır”.
Bunu Türkiyənin Milli Difa vəziri Hulusi Akar Sarıqamış şəhidlərinin anım günü ilə bağlı müraciətində bildirib. Vəzir qeyd edib ki, Türkiyə ordusu məntəqədə sülhə yaratmaq üçün üstün bir səylə xidmət aparmaqdadır.
“Sarıqamış şəhidlərini yad etdiyimiz bu anlamlı gündə “Tək millət, iki dövlət” ifadəsinin seçkin nümunəsini nümayiş etdirən qardaş Azərbaycan xalqının Nargin adasında məcburi saxlanılan sərbazlarımıza etdiyi yardımları da minnətdarlıqla və şükranla anırıq. Biz də can qardaşlarımızın haqlı mübarizələrində sona qədər yanlarındayıq, azərbaycanlı qardaşlarımızla kədərdə və sevincdə bir və bərabərik”, – deyə Hulusi Akar vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button