Bu barədə Belçikanın Baş naziri Aleksander De Kro bildirib.
O qeyd edib ki, Aİ Şurasının sədri kimi Belçika Aİ liderlərini İrana qarşı yeni sanksiyalar tətbiq etməyə çağıracaq.
“Belçika AB Şurasının sədri kimi yeni sanksiyalara çağıracaq. Eyni zamanda, regionda yeni eskalasiyanın qarşısını almaq üçün son dərəcə diqqətli olmalıyıq”, – De Kro vurğulayıb.
Bundan qısa müddət sonra AB liderləri İrana qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı birgə bəyanat yayıblar.
Avropa Birliyi (AB) ölkələrinin liderləri Brüsseldə keçirilmiş sammitdən sonra İsrailə hücumla əlaqədar İrana qarşı sanksiyaları genişləndirəcəklərini açıqlayıblar. Məhdudiyyətlərin əksəriyyəti dron və raketlərin istehsalı ilə əlaqəlidir.
“Avropa Birliyi İrana qarşı, xüsusilə dron və raketlərlə bağlı əlavə məhdudlaşdırıcı tədbirlər görəcək. Avropa Birliyi regionda gərginliyin azaldılması və təhlükəsizliyin təşviqinə tam sadiqdir”, – AB liderlərinin birgə bəyanatında deyilir.
Xatırladaq ki, aprelin 14-nə keçən gecə İran 300 dron, qanadlı raketlər və ballistik raketlərlə İsrailə hücum edib. İsrail ordusu buraxılmış raket və dronların 99 %-ni məhv etdiyini iddia edib. Eyni zamanda, İran hücumunu uğurlu adlandırıb. İsrail İranın hücumuna “əhəmiyyətli və güclü cavab” verəcəyini söz verib.